|
|
|
|

Faktla bağlı araşdırma aparılır.
Trend EL TV-yə istinadən xəbər verir ki, yanvarın 11-i axşam saat 20:00 radələrində Mingəçevir şəhərinin Xaldan istiqamətindəki giriş qapısında yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"VAZ-21015" markalı minik avtomobili Mingəçevir şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin "Fiat" markalı avtomobilini vurub. Hadisəyə səbəb şəhər istiqamətində sürətlə hərəkət edən "VAZ-21015" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.
Nəticədə "VAZ-21015"-in ön hissəsi yarasız hala düşüb. Post Patrul Xidmətinin avtomobilinin isə yan hissəsi əzilib.
Polislərdən zərər çəkən olmasa da, digər maşının sürücüsü yüngül bədən xəsarətləri alıb. Avtomobil isə cərimə meydançasına aparılıb.



