Daxili İşlər Nazirliyi Müsavat Partiyasının başqanı İsa Qəmərin kortejinə edilən basqına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavabında qeyd edib ki, hadisə ilə bağlı dünən 16.00 radələrində nazirliyin “102” xidmətinə məlumat daxil olub: “Hadisə ilə bağlı müvafiq qurumlara faktın araşdırılmasına dair tapşırıqlar verilib. Nəticəyə uyğun olaraq fakta hüquqi qiymət veriləcək”.