Yanvarın 12-də Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin Bakının “Fəvvarələr meydanı”nda “Əsgər ölümünə son!” şüarı altında keçirdiyi aksiya zamanı saxlanılan şəxslərdən daha 11 nəfər barəsində məhkəmə qərarı elan olunub.
APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ülvi Həsənli və Türkel Azərtürkün hər biri 600, Məhəmməd İbrahim və Həmid İsayevin hər biri 500, Arif Balayev 450, Azər Kazımzadə, Sübhi Həsənov və Abil Hüseynovun hər biri 400, Eltac Əlisoy və Rail Abbasovun hər biri 300, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə isə Təzəxan Mirələmli 500 manat məbləğində cərimə olunub.
14:08
Yanvarın 12-də Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin Bakının “Fəvvarələr meydanı”nda “Əsgər ölümünə son!” şüarı altında keçirdiyi aksiya zamanı saxlanılan şəxslərdən 9 nəfər barəsində məhkəmə qərarı elan olunub.
APA-nın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxslərdən Tural Abbaslı, Rəşad Həsənov və Renat Nəcəfov 600 manat, Zakir Rəhimov 400 manat, 2 nəfər isə 500 manat cərimələnib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə isə Turqut Qəmbər, Əbülfəz Qurbanlı və Vüsal Bayramov hər biri 500, Babək Həsənov isə 600 manat cərimələnib. Hazırda Nəsimi və Səbayel Rayon məhkəmələrində saxlanılan digər şəxslərin məhkəmələri davam etdirilir.