Pakistanda əhalinin YouTube-dan istifadə etməsinə icazə verilib. Lakin istifadəçilər YouTube-un məhdudlaşdırılmış versiyasına baxa biləcəklər.
Xatırladırıq ki, Pakistan məhkəməsi 2012-ci ilin sentyabr ayında “Müsəlmanların günahsızlığı” filminin YouTube-a qoyulmasından sonra bu videoportalı qadağan etmişdi.
Filmdə müsəlman ölkələrində ABŞ səfirliklərinə hücum əks olunmuşdu.
AzərTAc