Sumqayıtdakı Mərkəzi Uşaq Kitabxanasında Xalq Şairi Süleyman Rüstəmin 110 illik yubileyi münasibətilə “Xoşbəxt nəsillərçin yaxşı ki, varam” adlı şeir müsabiqəsi keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, əvvəlcə S.Rüstəmin həyat və yaradıcılığı haqqında məlumat verilib.
Qiraət müsabiqəsində 5 saylı məktəbin şagirdi Fidan Axundzadə birinci, 12 saylı məktəbin şagirdi Şamxal Hüseynzadə ikinci, 18 saylı məktəbin şagirdi Ramazan Əsgərxanov isə üçüncü yerlərə layiq görülüblər.
Fərqlənən iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub.