Spiker Oqtay Əsədov Milli Məclisin (MM) martın 18-də növbədənkənar iclasının çağırılması məsələsinin bir sıra kütləvi informasiya vasitələrində (KİV) birmənalı qarşılanmamasına kəskin etirazını bildirib.
Spiker deyib ki, bu məsələ MM-in öz səlahiyyətlərinə aid olan məsələdir:
“Biz nə zaman istəsək, iclas keçirə bilərik. Burada qeyri-adi nə var ki? Mən anlamıram ki, Milli Məclisin bu gün növbədənkənar iclas çağırılması bir sıra KİV-lərdə nə üçün bu qədər hay-küylə qarşılanır? Bir daha deyirəm, bu məsələ bizim səlahiyyətimizə aid olan məsələdir”.
Kamil Həmzəoğlu