Məşhur fransız tarixçisi və yazıçısı, akademik Alen Deko dünən Parisdəki Pompid adına hospitalda 90 yaşında vəfat edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu A. Dekonun həyat yoldaşı Mişlin Pelletğe-Deko bildirib.
A. Deko onlarla elmi məqalə və tarixi mövzuda kitabların müəllifidir. Yaradıcılığa Napoleon və anası barədə 1946-cı ildə dərc etdiyi məqalə ilə başlayıb.
Yaradıcılığı ilə əlaqədar Fransanın və bir çox ölkələrin yüksək orden və medalları ilə mükafatlandırılıb.
A. Deko uzun illər tarixi-publisistik mövzuda verilişin aparıcısı olub, bu verilişin milyonlarla tamaşaçısı olub.