Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Artur Millerin “7 pyes” kitabı işıq üzü görüb.
Mərkəzdən 525.az-a verilən məlumata görə, müasir dövrün Şekspiri hesab olunan dramaturqun yeni toplusuna müəllifin ayrı-ayrı illərdə qələmə aldığı və yaradıcılığının müxtəlif istiqamətlərini ehtiva edən yeddi məşhur pyesi daxildir.
Pyesləri dilimizə yazıçı, tərcüməçi Yaşar Əliyev tərcümə edib.