|
|
|
|
Gənc yazar İntiqam Yaşarın "...və susarsan" adlı yeni kitabı işıq üzü görüb.
Sayca ikinci şeirlər kitabı "OL" nəşriyyatında çap edilib.
Kitabda müəllifin son illərdə yazdığı heca və sərbəst vəznli şeirləri yer alıb.
Redaktoru Kənan Hacı olan kitabın rəssamı İsmayil Cabbarov, dizayneri isə Bulud Çağlayandır.
Təqdimat və imza günü 22 aprel saat 12:00-da Gənc Tamaşçılar Teatrında baş tutacaq.