Xalq şairi Söhrab Tahirin ayağı amputasiya olunub.
Bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib.
Onun sözlərinə görə, S. Tahir dünən xəstəxanaya yerləşdirilib:
“Söhrab Tahirin səhhətində dünən ciddi problem yaranıb. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, sağ ayağı amputasiya olunub”.