|
|
|
|
Uşaqlar bir ağızdan
Himni deyir: "Qarabağ!"
Əldə bayraq, qəlbdə can
Hamı deyir: "Qarabağ!"
Qurtulduqca düşməndən
Can yurdum - Qarabağım.
Ürəyimin başında
Dalğalanır bayrağım!
Hər kəs bir Vətən olub
Əsgər kimi dayanıb.
Babamın şəhid ruhu
İndi nura boyanıb.
Bütün dünya eşitsin:
Bu yurd - türkün məskəni!
Haqq uğrunda savaşır
Azərbaycan əsgəri!
Mina RƏŞİD



