“Vikipediyada Azərbaycanla bağlı xeyli sayda yanlış məqalə yerləşdirilib. Bu məqalələri Azərbaycanla ideoloji savaş aparanlar hazırlayır”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaranmasının 50 illiyinə həsr olunmuş yubiley tədbirində deyib.
Nazir qeyd edib ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından Azərbaycan Milli Ensiklopediyası böyük rol oynamalıdır:
“Bu gün nəşr edilən ensiklopediyalar təmənnasız olaraq kitabxanalara paylanılır. İnternet üzərindən də ensiklopediyaya giriş olmalıdır ki, xaricdən ensiklopediya ilə tanış olmaq mümkün olsun. Hesab edirəm ki, qarşıdakı illərdə ensiklopediya öz işinin öhdəsindən layiqincə gələcək”.