M.F.Axundzadə adına Milli Kitabxanada 15 iyun - Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq ulu öndərin həyat yoluna nəzər salaraq respublikanın müstəqilliyinin qorunub saxlanılmasında, bu gün bütün dünya azərbaycanlılarının həmrəy olmasında ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb.
Sərgidə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını, siyasi fəaliyyətini özündə əks etdirən müxtəlif dillərdə çap olunmuş kitablar sərgilənib.