Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Milli Qurtuluş günü münasibəti ilə “Heydər Əliyev irsi və zamanın çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Mərkəzdən 525.az-a verilən məlumata görə, tədbirdə iştrak etmiş BBMM-nin əməkdaşları, Mərkəz nəzdində fəaliyyət göstərən Nəzarət-təftiş Komissiyalarının sədrləri, ölkədə yaşayan milli və dini icmaların rəhbərləri, eləcə də xaricdə çalışan BBMM-in filial rəhbərləri virtual formatda skayp vasitəsi ilə müzakirə olunan məsələlərə münasibət bildiriblər.
BBMM-in İcraçı direktoru, professor Azad Məmmədov Azərbaycanda, Milli Qurtuluş gününün mahiyyətinə dəyər verərkən, tolerantlıq mühiti və ümumxalq konsensusun yaradılmasında Ümumilli lider Heydər Əliyevin müstəsna rolunu vuğuladı. O, bildirdi ki, 1993-cü ilin iyunun 15-də Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasından Bakıya dəvət etdi. Xalqın bu dəvəti Ümumilli liderin siyasi konsepsiyasına, təcrübə və idarəçilik qabiliyyətinə inamının ifadəsi idi. Xalqın ən dar günündə, çoxlarının Azərbaycandan üz çevirdiyi bir vaxtda Heydər Əliyev xalqının çağırışına gəldi və vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanı qardaş qanı tökülməsi təhlükəsindən xilas etdi. Natiqin sözlərinə görə, bu əsl dönüş zolağı oldu, çünki bir ölkədə xarici təcavüz müqabilində iki ciddi separatizm dalğasının olduğu halda yalnız siyasi mahirlik və manevr qabiliyyətinə malik xadim münasib çıxış yolu tapa bilərdi.
Bu kontekstdə konfransda çıxış etmiş Azərbaycandakı Rus icmasının rəhbəri Mixail Zabelin, udi icma rəhbəri Robert Mibili, “Samur” ləzgi milli Mərkəzinin sədri Şair Həsənov, Talış Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Cəlilov, Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliynin sədri İbrahim Məmmədov, Avar Azərbaycan İctimai Birliyinin sədri Məhəmməd Nooyev, “Azəri” Tat Mədəniyyət Mərkəzinin sədri Maqsud Hacıyev, “Rohani” kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, Kazak Həmyerlilərinin Azərbaycan Cəmiyyətinin başçısı Viktor Mereşko, gürcü İcmasının sədri Rafael Qvaladze və başqa dini , milli icma rəhbərləri və nümayəndələri çıxış edərək bildirdilər ki, ölkədə müşahidə edilən stabil durum məhz mərhum Heydər Əliyevin milli barışıq və həmrəylik strategiyasının təntənəsi kimi qiymətləndirilməlidir.
İştrakçıların fikrincə hazırda Azərbaycanda olan quruculuq potensialı ona görə ildən ilə güclənib artır ki, milli və dini zəmində anlşama şəraiti hökm sürür və insanlar hamının bərabərhüquqlu olmasından bəhrələnir. Heydər Əliyevin vaxtı ilə
“Azərbaycanın çoxmədəniyyətliliyi bizim ən böyük varlığımız və sərvətimizdir” fikri özünü əyani tərzdə doğruldur. Millətlərarası münasibətlərin harmonik şəkildə inkişaf etməsi ümumi Azərbaycan evində inkişaf meyillərinin sabit axarla davam etməsinə imkanlar yaradır və konfrans iştrakçıları buna son illərin təcrübəsindən əyani nümunələrə söykənərək misallar gətirdilər.
Konfransa skayp formatı ilə qoşulmuş BBMM-in xarici filial rəhbəırləri Azərbaycan multikultural modelinin xaricdə müzakirə obyekti olub, örnək kimi tədqiq edilməsini artıq mütərəqqi ənənənin beynəlxalq aləmdə təsdiqini tapması kimi qiymətləndirdilər.
Almaniyadakı Drezden filialının direktoru, doktor Birgit Vaysgerber bu haqda danışarkən, dedi: “Biz fəaliyyətimizdə, Almaniya ictimaiyyəti, alim və mütəxəssisləri arasında Azərbaycan multikulturalizminin açar rolu oynaması barədə diskussiya və debatlarda iştrak edəndə ona görə çətinlik çəkmirik ki, bu sahədə postsovet ölkəsi özünün uğurlu modelini tapıb. Modelin ən üstün cəhəti isə ondan ibarətdir ki, Azərbaycan son onilliklər ərzində reallığa uyğun konseptual mexanizmlərdən istifadə edib. Bu prosesdə Heydər Əliyevin rolu danılmazdır. O, hələ ötən əsrin ən qızğın dövrlərində mürəkkəb sayılan beynəlmiləl problemlərdən heç vaxt çəkinmirdi, onlara arxa çevirmirdi, çünki onlarla bağlı aydın və adekvat baxışları formalaşmışdı. Ona görə də o tez bir zamanda həll modellərini irəli sürməyə çətinlik çəkmirdi. Bugünkü Azərbaycanın müdrikliyi isə ondan ibarətdir ki, ölkə, özünü təsdiqləmiş konsepsiyanı yaşadır, onu məharətlə indiki şəraitə adaptasiya etdirir”.
Rusiyadakı Moskva filialının rəhbəri, psixologiya elmlər namizədi Natalya Krasovskaya isə konfransa bağlantı zamanı bildirdi: “Azərbaycan modelinin üstünülüyü fərqliliklər vəhdətini yeni orijinal konfiqurasiyalarla zənginləşdirməkdədir.Bu yol zamanın tələblərinə tam cavab verir. Quruculuq potensialına malik xalqlar çətin imtahan və böhranlardan qurtulan kimi intibah yoluna tez çıxırlar. Çünki bu onların mədəni-mənəvi tələbatından irəli gələn istəkdir və vaxtı ilə güclü siyasətçi Heydər Əliyev bu xüsusiyyət və incə özəllikləri duyaraq öz xalqına arxalanıb sərt siyasi çağırışlara adekvat cavablar tapa bilmişdi”.
Portuqaliyanın Lissabon filialının təhbəri, rpofessor Terza Damsio isə konfrans iştarkçıları ilə fikirlərini bölüşərək bildirdi ki, onun da xalqı 1974-cü ildə diktatura rejimi ilə mübarizədən xilas olarkən qurtuluşun nə olduğunu öz hissiyatı ilə yaşayıb: “ Azərbaycanın bugünkü sabit və ümidverici mənzərəsi, inkişafa meyilli olması artıq onu göstərir ki, Heydər Əliyev nahaq yerə müasir dövrün memarı sayılmır. O, əsl siyasi nəhəng olduğundan ölkəsində və onun hüdudlarından uzaqda həm tanınır, həm də rəğbətlə qarşılanır. Böyük şəxsiyyət böyük istəyə layiqdir”.