Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, komissiyanın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:
Komissiyanın həmsədri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri:
İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Xarici İşlər Nazirliyinə komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Qətər tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.