“Təxirə salınan reyslərin sərnişinləri bu axşam Bakıdan İstanbula daha tutumlu təyyarə ilə yola düşəcəklər”.
Bu barədə APA-ya “Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İstanbulda təxirə salınan reyslərin sərnişinləri bu təyyarə ilə Bakıya yola düşə bilərlər:
“Bununla əlaqədar İstanbulda olan J2-8076 və J2-8080 reyslərinin sərnişinlərinə öz aviabiletlərini J2-8078 reysinə aviakassalarda dəyişdirilməsi tövsiyyə olunur”.
Qeyd edək ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8103 (06:45) Bakı-İstanbul, J2-8075 (08:45) Bakı-İstanbul, J2-8003 (09:10) Bakı-Ankara aviareysləri təxirə salınıb.