Dünyanın ən çox izlənən serialları arasında yer alan və Amerika istehsalı olan “Taxtlar oyunları” (Game of Thrones) serialı çəkilişlərini 2018-ci ildə 8-ci mövsümündə tamamlayacaq.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla bildirir ki, prodüseri “Home Box Office” şirkəti olan serialın 8-ci mövsümündə neçə hissə olacağına isə hələ qərar verilmədiyi açıqlanıb.
Qeyd edək ki, serial 2015-ci ildə ABŞ-dakı film çəkilişlərinə görə “Emmy” mükafatlarına layiq görülüb.
Həmçinin, ekran əsəri növbəti dəfə “Emmy” mükafatına 23 nominasiya üzrə namizəd göstərilib.