Çexiya prezidenti Miloş Zeman müsəlman ölkələrindən olan, həmçinin baş nazir Boquslav Sobotkan hökumətinin qəbul etməyə razılıq veridiyi qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi İrji Ovçaçek məlumat verib.
"Ölkəmiz özündə Fransa və Almaniyada reallaşan terror hücumları kimi təhdidlər daşıyan risklərə yol verə bilməz", - deyə, o bildirib.
Mətbuat katibinin sözlərinə görə, prezident qaçqınların Çexiya ərazisində qəbulunun istənilən variantına qarşıdır.
O məlumat verib ki, dövlət başçısı hətta ölkədə məhdud sayda qaçqına sığınacaq verilməsi ilə bağlı hökumətin verdiyi qərara yenidən baxılmasına çalışacaq.