Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.
"Report"un məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.