Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başlayıb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan İlham Əliyev, İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putin iştirak edirlər.
Görüşdə “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Həmçinin bir sıra regional məsələlərə toxunulacaq.