Azərbaycan prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycanın elektrik şəbəkələrində aparılan islahatların 10 illiyi ilə əlaqədar, elektroenergetika sahəsində səmərəli fəaliyyətinə görə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif edilib:
Abbasov Etibar Bilal oğlu Abdullayev Oruc Abdulla oğlu Allahverdiyev Fikrət Nəsir oğlu Beydullayev Əhməd Ələkbər oğlu Cəfərova Sevinc Ramiz qızı Qurbanov Ramiz Balakoviç Mehdiyev Mirzə Əli oğlu Nuriyev Umaxan Əhmədağa oğlu Razakova Zemfira Sergeyevna Sərdarov Oktay Məhəmmədəli oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü verilib.