NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, səfər sentyabrın 8-9-da gerçəkləşəcək.
Y. Stoltenberq Ankarada Türkiyə rəhbərliyi ilə görüşlər keçirəcək. Bu, 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO baş katibinin ittifaqın üzvü olan Türkiyəyə ilk səfəridir.