|
|
|
|
Noyabrın 5-də Gəncədəki Kitabevim.az kitab mağazasında Bakıda yaşayıb fəaliyyət göstərən yazıçılarla görüş təşkil olunacaq.
“Hədəf Nəşrləri”dən 525.az-a verilən məlumata görə, görüş çərçivəsində yazıçılar İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq XAN və Varis Yolçiyevin İmza günü keçiriləcək.
Tədbirdə Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhəbbət romanının da təqdimatı olacaq.
Sonda müəlliflər kitablarını imzaları ilə oxuculara təqdim edəcəklər.