Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr - “Bayraq günü” münasibətilə BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə, Ali Məktəbin bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olunub.
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Ali Məktəbin binasının üzərində Azərbaycan bayraqları asılıb.
Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər.