İcbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən səhiyyə qurumlarının gəlirləri mənfəət vergisindən azad olunur.
"APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.
Onun sözlərinə görə, icbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən səhiyyə qurumlarının gəlirlərinin mənfəət vergisindən müddətsiz azad edilməsi ilə bağlı müddəa dəyişiklikləri nəzərdə layihəyə daxil edilib.