İraq ABŞ vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağa qoyub.
APA-nın “ntv.ru” saytına istinadən verdiyi məlumata görə, İraq parlamentində keçirilən səsvermə zamanı millət vəkillərinin müvafiq qanun layihəsini dəstəkləyib.
Qeyd edək ki, bu, Donald Trampın bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağa qoymasına cavab addım kimi dəyərləndirilir.
İraq parlamentinin deputatları BMT və Ərəb Dövlətləri Liqasını Ağ evin yeni administrasiyasının atacağı addımlarla bağlı qəti mövqe sərgiləməyə çağırıb.
Xatırladaq ki, D. Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.