https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
search
2 İyul 2026
1 İyul 2026

"Xəzər Lənkəran" məşqçilərini istefaya göndərdi

"Xəzər Lənkəran" məşqçilərini istefaya göndərdi

Ötən gün "Xəzər Lənkəran"ın ofisində klub rəhbərliyinin iclası keçirilib.

525.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir neçə saat davam edən iclasda əsas və əvəzedici heyətlərin 2012/2013 mövsümü çempionatında çıxışları müzakirə olunub.

Rəhbərlik komandaların turnir cədvəlində tutduqları mövqeyi, sərgilədikləri oyunu, komandadaxili ab-havanı və bəzi futbolçuların davranışlarına nəzər salaraq mövcud vəziyyəti heç də "Xəzər Lənkəran"a yaraşmadığı qənaətinə gəlib.

Cari mövsümdə komandanın keçirdiyi 6 oyunda cəmi 5 xal toplaya bilməsi və turnir cədvəlinin 11 yerində qərarlaşması rəhbərliyi qəti tədbirlərə əl atmağa sövq edib. Belə ki, iclasın yekununda aşağıda göstərilən qərarlar qəbul olunub:
 
1. "Xəzər Lənkəran"ın əsas komandasının məşqçilər korpusunda köklü islahatlar həyata keçirilsin. Bu islahatlar çərçivəsində baş məşqçinin köməkçiləri Zaur Ramazanov, Zakir Mahmudov və Alim Qurbanov tutduqları vəzifədən azad olsunlar.
 
2. "Xəzər Lənkəran"ın əvəzedici heyətinin cari mövsüm ərzində 7 turdan sonra 2 xal toplayıb turnir cədvəlinin 12-ci pilləsində olmasını nəzərə alaraq həmin komandanın baş məşqçisi Elbrus Məmmədova sonuncu xəbərdarlıq və şiddətli töhmət edilsin, qarşısına qısa bir zamanda yaranmış vəziyyətin düzəlməsi üçün əməli tədbirlər görməsi tələbi qoyulsun.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.