Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin adları açıqlanıb.
APA-nın məlumatına görə, bunlar Mətbuat Şurası tərəfindən namizədliyi irəli sürülən Yadigar Məmmədli, Azər Həsrət, Milli Elmlər Akademiyası tərəfindən Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə Həsən Cəfərov və Əli Cəfərovdur.