Azərbaycan prezidenti İlham Əliyev Gəray Fərhad oğlu Fərhadovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, G. Fərhadov Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib.