Baş Prokurorluq mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik mütəxəssislərin işə qəbulunu elan edib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidentinin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın prokurorluq orqanlarında icrası ilə əlaqədar yaradılmış Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə bu sahədə zəruri biliklərə malik mütəxəssislərin (3 mühəndis-proqramçı və 1 veb-dizayner) işə qəbulunu elan edir.
Mühəndis-proqramçı ixtisası üzrə tələb olunan biliklər:
Məlumat bazası bilikləri: MySql, MsSql, Oracle, OraclePl/Sql
Proqram bilikləri: Java, C#
Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js
Mobil proqramlaşdırma: Android, Ajax
Java Web Texnologiyaları: Servlet, JSP, JSF, Primefaces
Microsoft Windows və Linux (Ubuntu, CentOS, Debian) əməliyyat sistemlərində terminal səviyyəsində işləmək bacarığı.
İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.