APA-nın Qarabağ bürosunun xəbərinə görə, uzunluğu 25 kilometr olan yoldan Qərvənd qəsəbəsi, İmamqulubəyli, Ayaq Qərvənd, Orta Qərvənd, Bəybabalar, Aşağı və Yuxarı Yüzbaşılı, Paşabəyli, Xındırıstan kəndlərinin sakinləri istifadə edəcək.
Qərvənd qəsəbəsinin ərazi nümayəndəsi Qənimət Həsənov APA-ya bildirib ki, birinci Qarabağ savaşı zamanı istifadə etdiyi Bərdə-Ağdam magistral yolunun Baş Qərvənd kəndinin ərazisindən keçən hissəsi ermənilərin nəzarətinə keçəndən sonra Ayaq və Orta Qərvənd kəndlərinin sakinləri yeni torpaq yoldan istifadə ediblər.