|
|
|
|
Rafiq Tağının qətlinin üstü hələlik açılmayıb.
Azərbaycanın baş prokuroru Zakir Qaralov APA-ya açıqlamasında bildirib ki, hazırda həmin qətlin açılması istiqamətində zəruri tədbirlər davam etdirilir: “Nəticələr barədə ictimaiyyətə məlumatlar veriləcək”.
Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.
Bununla bağlı başlanan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.