|
|
|
|
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında SSRİ Xalq Artisti Mirzəağa Əliyevin 130 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Tədbirdə sənətkarın həyat yolu və zəngin yaradıcılığı haqqında məlumat veriləcək və yaratdığı obrazlar qalereyasından söz açılacaq.
Qeyd edək ki, M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, “Bismillah”, “Hacı Qara”, “Məhəbbət oyunu”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilib.
Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına mədəniyyət evi fəaliyyət göstərir.
Bakının Yasamal rayonunda küçələrdən biri də Mirzəağa Əliyevin adını daşıyır.
GÜNEL



