Bakıda Hindistan rəqs dramı "Böyük Hindistan toyu"nun nümayişi keçiriləcək.
Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat mayın 28-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Tədbir 2017-ci ildə təşkil edilən və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilən Azərbaycan-Hindistan dostluq festivalı çərçivəsində keçiriləcək.