Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib.
APA-nın məlumatına görə, dövlət başçısı Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazıb.