Bu gün Bakının Nizami rayonunda 29 yaşlı oğlan özünü asdı. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, İ.Məmmədov küçəsi ev 7-də 1984-cü il təvəllüdlü Vüqar Əkbər oğlu Ağayev özünü həyətdəki istirahət guşəsindəki ağacdan asıb. Onun meyiti yaxınları tərəfindən tapılıb. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.