|
|
|
|
Qondarma erməni soyqırımının tanınması üçün ABŞ Konqresinə qətnamə təqdim edilib.
Ermənistan mediasının verdiyi məlumata görə, bu barədə Amerika Erməni Milli Komitəsinə məlumat yayıb.
Bildirilib ki, qətnaməni konqressmenlər Adam Şiff, Maykl Qrimm və Devid Valdao təqdim edib.
Qətnamədə 1918-1923-cü illərdə Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırım baş verdiyi bildiririlir və bu barədə tarixi faktların olduğu iddia edilir. Konqresmenlər ABŞ prezidentini ”erməni soyqırımı”nın tanınması istiqamətində iş aparmağa çağırırlar.
modern.az



