İctimai televiziyanın əsas xəbərlər proqramının vaxtı dəyişdirilir.
Lent.az-ın məlumatına görə, mayın 28-dən televiziyanın yayım cədvəlində “Carçı” xəbər proqramının axşam buraxılışlarının vaxtı dəyişilir. Xəbərlərin 20.00 buraxılışı saat 20.30-da, 23.00 buraxılışı saat 24.00-da efirdə olacaq: “Məqsəd efir proqramının daha da təkmilləşdirilməsi və proqramların rəngarəngliyini təmin etməkdir”.