Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyənin Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival 26 avqust tarixinədək davam edəcək.
Festivalda ekran əsərlərini “Dərs” filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcəklər. Festivala gənc rejissor Fehruz Şəmiyevin “Yol” filmi də qatılacaq.