Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala qatılacaq.
Teatrdan 525.az-a verilən məlumata görə, teatr ölkəmizi Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında təmsil edəcək.
Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa oktyabrın 27-də göstəriləcək.
Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.
"Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.