https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
search
3 May 2024

FİFA mundialın mükafat fondunu artırdı

FİFA mundialın mükafat fondunu artırdı
FİFA dünya çempionatının mükafat fondunu artırıb.
 
Apasport.az saytı xəbər verir ki, Hindistanda keçirilən şurada DÇ-2018-in mükafat fondu təsdiqlənib.
 
FİFA-nın qərarına əsasən, Rusiyada baş tutacaq mundialda mükafat fondu ümumilikdə 400 milyon dolları əhatə edəcək. Bu isə 2014-cü ildə keçirilən dünya çempionatı (358 milyon) ilə müqayisədə 12 faiz çoxdu.
 
Pulların necə bölünəcəyi hələ dəqiqləşməyib.
 
DÇ-2014-də çempion olan Almaniya yığması 35 milyon, finala qədər irəliləyən Argentina millisi isə 25 milyon  “premiya” almışdı. Bürünc mükafatçı Hollandiyaya 22 milyon, yarımfinala yüksələn digər komanda Braziliyaya isə 20 milyon dollar pul verilmişdi.
 
Digər yığmalar da mükafatsız qalmamışdılar. Qrupdan çıxa bilməyən komandalar 8 milyon, ¼ finalda mübarizəni dayandıran millilər isə 14 milyon dollar irəli düşmüşdülər.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.