https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg "Türkman", yoxsa "türkmən"? - Qəzənfər Paşayev yazır
search
3 May 2024

Türkiyədə futbolçusunu döyən klub prezidenti ömürlük cəza aldı

Türkiyədə futbolçusunu döyən klub prezidenti ömürlük cəza aldı

Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) II Liqada çıxış edən “Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi ömürlük cəzalandırıb.
 
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb onun komandanın futbolçusu Mertcan Çamı döyməsidir.

PFDK bu davranışına görə E.Yetimə 3 il 2 aylıq cəza və 180 min lirə cərimə kəsib. Cəzanın müddəti 3 ildən çox olduğu üçün klub prezidenti futboldan ömürlük uzaqlaşdırılıb.

Habelə, “Şanlıurfaspor” rəsmisi Mehmet Gəray Küçük eyni əsasla 1 illik cəzalanıb. O, həmçinin 60 min lirə cərimə ödəyəcək. Klubun digər işçisi Mustafa Müsri isə idmana zidd olan hərəkətə yol verdiyi üçün 30 günlük cəza alıb.

Qeyd edək ki, dekabrın 6-da Mertcan Çam klubdan maaşını tələb etdiyi üçün yaranan mübahisə zamanı Emin Yetim və bəzi klub rəsmiləri tərəfindən döyüldüyü iddiası ilə polisə şikayət edib. Klub prezidenti, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.