“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə “Çoxmənzilli binaların idarə edilməsi və HOME layihəsi” mövzusunda növbəti seminar-treninq keçirilib.
Təşkilatdan verilən məlumata görə, son treninqin iştirakçıları İqtisadiyyat Nazirliyinin əməkdaşları, Bakı şəhərinin müxtəlif rayonlarından olan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin nümayəndələri, mənzil mülkiyyətçiləri, müxtəlif qeyri-hökümət təşkilatlarının əməkdaşları, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbələri olub. Əvvəlki seminarlardan fərqli olaraq son seminarda hətta Bakı şəhərində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərliyi də iştirak edib.
Məhz bu səbəbdən seminar əvvəlki tədbirlərdən fərqli olaraq canlı fikir mübadiləsinə üstünlük verilməsi, o cümlədən, mövcüd olan problemlərin həll edilməsi vasitələrinin araşdırılmasından ibarət olub. Bu seminarda dinləyicilər çoxmənzilli binaların idarəetmə qaydalarındakı fərqləri və bu qaydalardan hər birində yarana biləcək riskləri öyrəniblər.
Seminar təşkilatçıları ayrı-ayrı binalarda və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin təcrübəsində problemləri müzakirə edərək onların qarşısını almaqda xüsusi rolu ola biləcək xüsusi alqoritm hazırlamaq qənaətinə gəliblər.
Bundan başqa, tədbirdə “Əmlak Resurs Mərkəzi” tərəfindən hazırlanan “Çoxmənzilli binaların idarə olunması” adlı məlumat sorğu kitabının təqdimatı keçirilib.
CEYHUN