“1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Azərbaycanın dövlət büdcəsi 2 milyard dollar idi. O zaman dövlət büdcəsi ÜDM-in 13%-ini təşkil edirdi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, hazırda dövlət büdcəsi ÜDM-in 29-30%-ini təşkil edir. "Dövlət büdcəsinin ÜDM-də payını 35%-ə çatdıra bilsək, Dayanıqlı İnkişaf Məqsədlərinin xeyli hissəsinə nail ola bilərik", - deyə Z.Səmədzadə vurğulayıb.
Parlament komitəsinin sədri deyib ki, Azərbaycan iqtisadiyyatına yeni yanaşma olmalıdır. Onun sözlərinə görə, iqtisadiyyatda strateji planlaşdırma çox vacibdir: "Ola bilsin ki, biz strateji planlaşdırma ilə bağlı qanun qəbul edək".