"Myanmada, Qarabağda baş vermiş qətliam, soyqırımı bizim problemimiz deyil deməklə, haqsızlığa, işğala səssiz qalmaqla, regionda, dünyada sülhü bərqərar etmək mümkünsüzdür".
APA-nın xəbərinə görə, bunu “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” paneldə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Qafqaz regionunun təhlükəsizliyi üçün Azərbaycan, Gürcüstan və Türkiyə ciddi addımlar atır: "Bu layihələr regiona stabillik gətirməklə kifayətlənmir, Mərkəzi Asiyanı Avropa ilə birləşdiririk. Məsələn, TANAP, "Şimal axını" layihələri Balkan yarımadasının enerji təhlükəsizliyinə xidmət edəcək".