Hesab edirəm ki, Azərbaycan xalqı sabitliyi seçəcək.
Sechki-2018. az saytının xəbərinə görə, bu fikirləri Moldova Prezidenti İqor Dodon bu il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələni jurnalistlərə şərh edərkən deyib.
O bildirib ki, seçkilər xalqın öz iradəsidir: "Kimə səs vermək məsələsi,- bu, Azərbaycan xalqının işidir. Amma düşünürəm ki, siyasi sabitlik hər bir ölkənin iqtisadi inkişafının təminatıdır".