Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqeromla görüşəcək.
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.
Görüşdə Avropada təhlükəsizliyə dair məsələlər və ATƏT-in fəaliyyətinin effektivliyinin artırılması yolları müzakirə ediləcək.
Zaxarova bildirib ki, danışıqlar zamanı Dağlıq Qarabağ, Donbas, Dnestryanı münaqişələrinin nizamlanmasında ATƏT-in rolu müzakirə ediləcək.