ABŞ diplomatları Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunun binasını tərk ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 5-7 səfirlik əməkdaşından ibarət sonuncu qrup gecə saatlarında binanı tərk edib. Onlar mikroavtobusa əyləşərək ərazidən uzaqlaşıblar.
Daha sonra binadan obyekti təhvil alan komissiya üzvləri çıxıb.