|
|
|
|
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova martın 18-də keçirilən prezident seçkilərinin qalibi olan Vladimir Putinə prezident vəsiqəsini təqdim edib.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, MSK sədri V. Putini seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edib.
Qeyd edək ki, V Putinin andiçmə mərasiminin mayın 7-də keçirilməsi planlaşdırılır.