|
|
|
|
"Rusiyada oliqarx yoxdur. Onların mövcud olduğu dövrlər keçib".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalistlərin suallarını cavablandırarkən "rusiyalı oliqarxlar" ifadəsini yersiz saydıqlarını söyləyib.
Qeyd edək ki, ABŞ-ın bəzi rusiyalı oliqarxlara sanksiya tətbiq edəcəyi gözlənilir.